Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Obama Trump-a sataşanda “Azərbaycanın adını” çəkib

ABŞ prezidenti ənənəvi illik “Ağ Ev müxbirləri”nin şam ziyafətindəki çıxışında siyasətçilər barədə bir xeyli zarafat edib

ABŞ prezidenti Barak Obama ənənəvi illik “Ağ Ev müxbirləri”nin şam ziyafətindəki çıxışında siyasətçilər barədə bir xeyli zarafat edib.

Prezident ziyafətə dəvət olunsa da, ora gəlməyən Donald Trump-ı da yada salıb.

Obama zarafatla deyib ki, “yəqin, Donald Trump indi evində Trump bifşteksi yeyir, ya da Angela Merkelə təhqiramiz tvit yazır”.

“Respublikaçıların isteblişmenti əndişədədir ki, o, partiyanın ən mümkün namizədidir, – deyib Obama, – Deyirlər ki, onun prezident olmaq üçün xarici siyasət təcrübəsi yoxdur. İnsafən demək lazımdır ki, o illər ərzində bütün dünya boyunca liderlərlə görüşüb: Məsələn Miss İsveç, Miss Argentina, Miss Azərbaycan…”

Trump-ın gözəllik biznesi

ABŞ mediası bildirir ki, Obama bu zarafatı ilə Donald Trump-ın Kainat Gözəli (Miss Universe) Yarışındakı fəaliyyətinə “ilişib”.

Miss USA - ABŞ Gözəli yarışı
Miss USA – ABŞ Gözəli yarışı

Kainat Gözəli, Dünya Gözəli (Miss World ) beynəlxalq müsabiqəsi ilə yanaşı dünyanın ən böyük gözəllik yarışlarından biridir. Donald Trump ABŞ Gözəli (Miss USA) klubunun sahib idi.

2015-ci ildə Donald Trump özünün namizədlik kampaniyasında Meksikadan gələn miqrantlar barədə xoşagəlməz sözlər deyəndən dərhal sonra NBC şəbəkəsi elan etmişdi ki, milyarderlə bütün biznes əlaqələrini kəsir və daha “Miss USA” yarışını öz telekanalında göstərməyəcək.

Bundan acığa düşən Trump 2015-ci ilin sentyabrında NBC-nin bütün Kainat Gözəli Təşkilatının səhmlərini almış, onun müstəsna sahibinə çevrilmiş, lakin üç gündən sonra təşkilatı WME/IMG şirkətlər qrupuna satmışdı.

“Ağ Evin müxbirləri”

Ağ Ev Müxbirlərinin ildə bir dəfə verilən şam yeməyini Ağ Ev Müxbirlərinin Assosiasiyası (The White House Correspondents’ Association WHCA) adlı qurum təşkil edir.

Prezident məhbəsdən azad edilmiş jurnalist Jason Rezaian-ı şəxsən salamlayıb
Prezident məhbəsdən azad edilmiş jurnalist Jason Rezaian-ı şəxsən salamlayıb

Bu təşkilata Ağ Ev və ABŞ prezidentinin fəaliyyəti barədə yazan jurnalistlər daxildir.

WHCA 1914-cü ilinfevralında, sonradan əsassız olduğu üzə çıxan bir şayiəyə görə təsis edilib.

O vaxt jurnalistlər arsında yayılan qiybətlərə görə, prezident Woodrow Wilson-un mətbuat konfranslarında iştirak edə biləcək müxbirləri guya Konqres seçməliymiş.

Şayiələr əsassız olsa da, o vaxtdan bəri təşkilat fəaliyyətini dayandırmayıb.

WHCA öz fəaliyyətində Ağ Ev administrasiyasından asılı deyildir, lakin prezidentlə təmasın təşkili və Ağ Evin brifinq otaqlarının vəziyyətinin yoxlanmasını bu təşkilat həyata keçirir.

Başqa zarafatlar

Barack Obama şam yeməyində başqa siyasətçilərə də “ilişib”.

“Gələn il, düz bu yerdə, başqa birisi dayanacaq, – deyib prezident…- Görəsən o xanım kim olacaq?”

“Bilirəm bunu heç vaxt üzümə deməzsiniz, amma bu bir həqiqətdir… Mən gedəndən sonra hamınız mənim üçün darıxacaqsınız, – deyib Obama, – Bu axşam hamınız qiyamət görünürsünüz. Respublikanın sonu heç vaxt bu qədər möhtəşəm görünməyib…”

O vise-prezident Joe Biden-ə isə fəaliyyətinə görə belə təşəkkür edib:

“Mən Joe Biden-ə heç kəsin üzünə güllə atmadığına görə təşəkkür edirəm. Sağ ol, Joe”.

2006-cı ilin 11 fevralında o zamankı vise-prezident Dick Cheney bildirçin ovunda Texas prokuroru, 78 yaşlı Harry Whittington-u güllə ilə yaralamışdı.

Sonradan həm Cheney, həm də Whittington bunun təsadüfən baş verdiyini demişdilər.

Ciddi söhbət

“The Washington Post” yazır ki, prezident Obama jurnalistlərin ziyafətində ciddi söhbətlər də edib.

Prezident bnu qəzetin İran həbsxanasından azad edilmiş müxbirini salamlayıb:
“Azad mətbuat o deməkdir ki, biz Jason Rezaian-ı bir daha burada şərəfləndirə bilirik.

Obama yada salıb ki, Rezaian ötənilki şam yeməyinə qatıla bilməyib, çünki o, həmin vaxt İranda təkadamlıq kamerada idi.

“Bu il isə biz cəsarətin özünü burada görürük” – deyib prezident.

Obama prezidentliyinin qalan müddətində də məhbus jurnalistlərin azad edilməsinə çalışacağını vəd edib.

(azadliq.org)

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Cəmil Həsənli daha bir tarixi yalanı ifşa etdi

%d bloqqer bunu bəyənir: