Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
tramp-obama

Obama Trampla şəkil çəkdirmə mərasimində iştirak etmək istəmədi

ABŞ-ın hazırkı prezidenti Barak Obama ölkənin yeni seçilmiş rəhbəri Donald Trampla Ağ Evdə birgə şəkil çəkdirmə mərasimindən imtina edib. Bu barədə “Wall Street Journal” nəşri xəbər verir.

ABŞ-ın hazırkı və yeni seçilmiş prezidentlərinin Ağ Evin qarşısındakı Cənub çəmənlikdə birgə şəkil çəkdirmə ənənəsi uzun tarixə malikdir. 2008-ci ildə Corc Buşanaloji vəziyyətdə Obama ilə şəkil çəkdirmişdilər.

Xatırladaq ki, seçkiqabağı kampaniya dövründə Obama və Tramp arasında sərt polemika baş vermişdi. Hillari Klintonu fəal dəstəkləyən B.Obama Trampın “Ağ Evə yaraşmadığını”, “lazımi təcrübəyə malik olmadığını” və “nüvə çamadanın ona həvalə etməyin” təhlükəli olduğunu bildirmişdi.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Rusiyadan Türkiyəyə: Qaz kəsilə bilər

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: