Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Obama Suriyaya qoşun göndərir

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar qüvvədə qalmalıdır.

Bu sözləri ABŞ prezidenti Barak Obama deyib.

Onun sözlərinə görə, Rusiya Minsk razılaşmasına əməl etməyənə qədər tətbiq edilən beynəlxalq sanksiyalar qüvvədə qalacaq. Barak Obama həmçinin Suriyada ABŞ kontingentinin genişləndiriləcyini rəsmi şəkildə bəyan edib.

“Mən Rusiya ilə yaxşı münasibətlərin qurulmasını istəyirəm. Lakin Rusiya Minsk razılaşmasına əməl etmədiyi müddətdə bu ölkəyə qarşı tətbiq edilən sanksiyaları qüvvədə saxlamalıyıq”, – deyə Obama Hanover Messe beynəlxalq sənaye yarmarkasının açılışında Almaniya işgüzar dairələrinin nümayəndələri qarşısında çıxış edərkən bildirib.

Minsk razılaşması Şərqi Ukrayna münaqişəsinin həll edilməsi üçün elçilik edən ölkələrin qəbul etdiyi tədbirlər kompleksidir. Əldə olunmuş razılaşma tərəflərin qoşunlarını cəbhə xəttinə qədər geri çəkməli və ağır silahları, əsgərləri döyüş mərkəzlərindən çıxarmalı olduğunu, əsirlərin azad edilməsi, Donetsk və Luqansk vilayətinin ayrı-ayrı rayonlarında xüsusi qaydada yerli özünüidarəetmə haqqında daimi qanunvericiliyin qəbulunu nəzərdə tutur.

Avropa və Ukrayna Rusiyadan fərqli olaraq hesab edir ki, Minsk razılaşmasına Rusiyada 22 il həbs cəzasına məhkum edilən ukraynalı pilot Nadejda Savçenkonun azad edilməsi də daxildir.

Obama həmçinin nəhəng alman şirkətlərinin rəhbərləri ilə ABŞ və Avropa ittifaqı arasında azad ticarət və investisiya sahəsində tərəfdaşlıq barədə müzakirələr aparıb.

Bundan başqa, Obama Avropada təhlükəsizlik məsələlərinə və miqrant böhranına toxunaraq təhlükəsizlik məsələlərində NATO ölkələrini qənaət etməməyə çağırıb.

“Biz öz müttəfiqlərimizin təhlükəsizliyini təmin etməliyik. Bununa görə, biz çevik olmalı, qüvvələrimizi universallaşdırmalı və yeni imkanlar üçün investisiyalar yatırmalıyıq. Mən çox səmimi olaraq bildirirəm ki, hərdən Avropa öz təhlükəsizliyi məsələlərinə çox bəsit yanaşır”, – deyə Obama vurğulayıb.

Barak Obama çıxışı zamanı ABŞ-ın Suriyada əməliyyatları genişləndirəcəyini, kontingent sayının 50-də 300 qədər artıracağını da bildirib. Biz ekstrimist qruplara qarşı yerli qüvvələrlə dost münasibətləri qurmağa və onlara dəstək verməyə hazırlaşırıq” –deyə Obama əlavə edib.

Ans press

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Türkiyə müdafiə sistemi hazırlayır

%d bloqqer bunu bəyənir: