Loading...
Loading...

Obama Rusiyanı ittiham etdi

“Rusiyalılar bizim sistemləri sındırır”.

ABŞ prezidenti Barak Obama Rusiyanın noyabrın 8-də Amerikanın yeni liderinin seçilməsi prosesinə təsir cəhdini istisna etmir.
Oxu.Az xəbər verir ki, Barak Obama bu barədə NBC telekanalına verdiyi müsahibədə aparıcının Moskvanın ABŞ-dakı seçkilərin gedişatına müdaxilə edəcəyinə dair suala cavab verərkən bildirib.
ABŞ-ın Demokratlar Partiyasının Milli Komitəsinin elektron ünvanının sındırılmasının arxasında Rusiyanın dura biləcəyinə dair suala prezident birbaşa cavab verməyib, amma xatırladıb ki, ekspertlər bu məsələdə məhz Rusiya hakerlərini ittiham edirlər.
“Rusiyalıların bizim sistemləri, həm də yalnız hökumət sistemlərini deyil, eləcə də özəl sistemlərimizi sındırdıqları məlumdur”, – prezident deyib.
Müsahibədə Obama bəyan edib ki, onun fikrincə, Rusiyada Respublikaçılar partiyasının namizədi Donald Trampın seçkiqabağı kampaniyası işqılandırılır. “Konkret motivlər haqqında bir söz deyə bilmərəm, amma Tramp dəfələrlə Vladimir Putinə rəğbət bəslədiyini bildirib”, – amerikalı lider deyib.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Yerevandakı silahlılar 4 tibb işçisini girov götürüb

%d bloqqer bunu bəyənir: