24 saat

Obama prezident postunda Klintonu görmək istəyir – RƏSMİ


ABŞ prezidenti Barak Obama prezident seçkilərində rəsmi olaraq Hillari Klintonu dəstəkləyib.

APA-nın verdiyi xəbərə görə, bu barədə Klintonun seçkiqabağı qərargahının “Twitter” səhifəsində dərc olunmuş məlumatda bildirilib.

“Prezident Obama Hillarini dəstəkləyərək deyib: “Düşünmürəm ki, bu vəzifəyə kimsə ondan daha uyğun olsun””, – deyə məlumatda bildirilib.

Bundan başqa, Hillari Klintonun rəsmi saytında dərc olunmuş videoçarxda Barak Obama Klintonla seçki kampaniyasına birgə yollanacağı günü səbirsizliklə gözlədiyini bildirir.

Bundan əvvəl namizədliyi Demokratlar partiyasından irəli sürülən Berni Sanders rəqibi Hillari Klintonla birgə mübarizə aparmağı planlaşdırdığını bildirib.

Qeyd edək ki, Hillari Klinton Demokrat partiyasından, Donald Tramp isə Respublikaçılar partiyasından ABŞ prezidentliyinə rəsmi namizəd olmaq üçün yetərli səs toplayıblar.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: