Advertisements
24 saat

Obama-nın sərəncamı müzakirəyə çıxarılır


Aprelin 18-də ABŞ Ali Məhkəməsində Prezident Barack Obama-nın qanunsuz miqrantların deportasiya olunmamasına dair sərəncamıyla bağlı şifahi arqumentlər dinlənəcək.

Bu iş ABŞ-ın immiqrasiya siyasətinə təsir göstərə, ölkədə prezident seçkisi kampaniyasında immiqrasiya mövzusu üzrə müzakirələri gücləndirə bilər.

Obama həmin sərəncamı 2014-cü ildə imzalayıb, Konqresin dövlətin immiqrasiya sisteminə gərəkən islahatları qəbul etmədiyini bildirib. Ancaq aşağı instansiya məhkəməsi sərəncamı rədd edib.

Sərəncamda qanunsuz miqrantların deportasiyadan qorunması, uşaqları ABŞ-da doğulmuş xeyli sayda sənədsiz qeyri-vətəndaşlara iş izninin verilməsi nəzərdə tutulur.

Ölkə qanunvericiliyinə görə, övladı Birləşmiş Ştatlarda dünyaya gəlmiş istənilən şəxs ABŞ vətəndaşı hesab olunur.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: