Loading...
Loading...

Obama Dallasa görə Avropa səfərini yarımçıq kəsdi

ABŞ prezidenti Barack Obama Texas ştatının Dallas şəhərində beş polis nəfərinin qətlə yetirilməsinin ardınca Avropa səfərini yarımçıq dayandırıb.

 

ABŞ prezidenti Barack Obama Texas ştatının Dallas şəhərində beş polis nəfərinin qətlə yetirilməsinin ardınca Avropa səfərini yarımçıq dayandırıb.

Prezident Varşavada NATO sammitində iştirak etdikdən sonra bu gün İspaniyaya səfər edir və oradan Dallasa yollanacaq.

Obama bundan əvvəl ehtiyatda olan hərbçi Micah Johnson tərəfindən Dallasda törədilmiş qətlləri “rəzil” cinayət adlandırıb.

Johnson Əfqanıstanda qulluq etmişdi və çox sayda silah və sursat toplamışdı.

ABŞ rəsmiləri bildirirlər ki, Johnson öldürülməzdən əvvəl polislə dsnışıqlarda tək hərəkət etdiyini və məqsədinin ağdərili adamları öldürmək olduğunu deyirdi və buna görə də qəti şəkildə “tənha silahlı” hesab edilməlidir.

Facebook “like”ları

Bundan əvvəl polis hadisə ilə bağlı bir neçə şübhəlini həbs etsə də, ABŞ-ın mülki müdafiə naziri Jeh Johnson deyib ki, beş nəfəri qətlə yetirmiş və doqquz nəfəri yaralamış Micah Johnson-un “hər hansı başqa yönləndirici və ya beynəlxalq terror təşkilatı ilə bağları aşkarlanmayıb”.

Dallasda qaradərili əhali ilə polis arasında gərgin münasibətlər var

Dallasda qaradərili əhali ilə polis arasında gərgin münasibətlər var

Ayrıca bir hadisə zamanı iyulun 8-də Tennessi ştatındakı magistralda bir silahlı maşınları atəşə tutmuş, bir qadını öldürmüş və daha üç nəfəri yaralamışdı. Həmin şəxs polisin qaradərili vətəndaşlara qarşı rəftarından qəzəbli olduğunu deyirdi.

Həmin gün Missuri və Corciya ştatlarında polislər pusquya salınmışdılar.

Bu da xəbər verilir ki, “Dallas snayperi” heç bir xarici terror qruplaşması ilə bağlı olmasa da, onun Facebook səhifəsində Black Panthers daxil davakar qaradərili qruplaşmaları, İslam Milləti təşkilatını və polisin qaradərili insanları güllələməsinə cavab olaraq qiyama çağıran bir millətçi qaradərili şairi bəyəndiyi bəlli olub.

“Şübhəli deyirdi ki, ağdərili adamlar onu qəzəbləndirirlər. Ohəm də deyirdi ki, ağdərililəri öldürmək istəyir, xüsusilə də ağdərili zabitləri” – deyib Dallasın polis rəisi David Brown.

Etirazlar

AzadlıqRadiosu yazır ki, Johnson-un qətlləri Amerika boyunca, etnik, irqi və silahlara nəzarətlə bağlı gərginliyi yenidən artırıb.

Dallas qətliamından sonra Vaşinqtonda da etiraz aksiyaları keçirilib

Dallas qətliamından sonra Vaşinqtonda da etiraz aksiyaları keçirilib

Polislə danışıqlar cəhdinin gedişində partladıcıların köməyi ilə öldürülmüş Johnson hadisədən bir həftə əvvəl Minnesota və Luiziana ştatlarında ağdərili polislərin qaradərili insanları güllələdiyini yada salırdı.

Bu hadisələr 2014 və 2015-ci ildə baş vermiş qətllərə bənzəyirdi və iyulun 8-də Dallasda keçirilən etiraz nümayişi bütün bunlara bir növ cavab idi.

Buna bənzər nümayişlər nəinki ABŞ-ın Los Anceles, Atlanta, Boston və başqa şəhərlərində, hətta Londonda keçirilmişdi.

Filadelfiyada “Qəzəb həftəsonu” aksiyasının keçirilməsi planlaşdırılıb.

Prezident Obama dəfələrlə etdiyi və çox vaxt da emosional çıxışlarında polisin qaradərili insanları öldürməsini və polisin özünə qarşı zorakılığı pisləmişdi.

Bayraqlar endirilib

Varşavada keçirilmiş NATO sammitində etdiyi çıxışda Obama deyib ki, bu qətlləri törədənlərin “təhrif olunmuş motivlərini” araşdırmaq lazımdır.

O bəyan edib ki, polisə qarşı bu cür hücumlara heç nə ilə bəraət qazandırıla bilməz.

İyulun 8-də verdiyi bəyanatda prezident ABŞ-ın rəsmi idarələrində dövlət bayraqlarının iyulun 12-dək endirilməsinə göstəriş verib.

Bu arada prezidentliyə namizədlər Hillary Clinton və Donald Trump qətlə yetirilmiş polislərin xatirəsinə ehtiram olaraq iyulun 8-nə planlaşdırılan bütün siyasi tədbirləri ləğv ediblər.

Ölkənin əsas silah lobbiçilərinin dəstəyinə sahib olan Trump Dallasda baş vermiş hadisəni “bizi müdafiə edənlərin planlı və hazırlıqlı qətli” adlandırıb.

ABŞ-ın baş prokuroru Loretta Lynch deyib ki, ədliyyə Dallas hadisənin araşdırılması üçün bütün mümkün imklanlardan istifadə edəcək.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

NATO Əfqanıstanda missiyasının müddətini daha bir il uzadıb

Loading...
%d bloqqer bunu bəyənir: