Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Obama britaniyalılara çağırış etdi

ABŞ Prezidenti Barack Obama britaniyalıları Avropa Birliyinin güclü qalması naminə qurumdan çıxmamağa çağırıb.

Obama Britaniyanın AB-dən çıxmasının Qərbi zəiflədəcəyi sarıdan narahatlığını dilə gətirib.

Obama aprelin 21-də Londona gedib.

“Avropa Birliyi Britaniyanın nüfuzunu idarə etmir, onu gücləndirir”, Obama “Daily Telegraph” qəzetində yazıb. ABŞ Prezidentinin fikrincə, Britaniya daha böyük bir blokun tərkibində qalarsa, terrorçuluq, miqrasiya və iqtisadi geriləmə kimi problemlərin öhdəsindən daha uğurla gələ bilər.

Obama aprelin 22-də Windsor qəsrində Kraliça Elizabeth, onun həyat yoldaşı Şahzadə Philip-lə nahar edəcək. Daha sonra Baş nazir David Cameron ilə danışıqlar aparacaq.

Aprelin 21-də Kraliça Elizabeth-in 90 yaşı tamam olub.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Ukrayna faiz dərəcəsini azaldır

%d bloqqer bunu bəyənir: