Loading...
Loading...

Obama Brexit barədə

ABŞ Prezidenti Barack Obama deyir ki, Avropa Birliyinin ləng iqtisadi artımı, ambisiyalı genişlənmə və inteqrasiya planları Britaniyanın blokdan çıxmaqla bağlı səsverməsini sürətləndirib.

İyunun 28-də NPR radiosuna müsahibəsində Obama deyib ki, avrozonanın iqtisadiyyatı 2008-ci il maliyyə böhranından sonrakı ABŞ iqtisadiyyatı kimi özünə gəlməyib. Prezidentin sözlərinə görə, ola bilsin, AB gərəkən konsensus olmadan çox sürətlə inteqrasiya edib və genişlənib.

“Məncə, bu barədə düşünməyin ən yaxşı yolu odur ki, tam Avropa inteqrasiyası layihəsinə pauza düyməsi basılsın”. Obama deyib ki, “Brexit-dən sonra bir isteriya mövcuddur, sanki NATO əldən gedib, trans-Atlantik alyans dağılır… Belə bir şey baş vermir”.

Obama Britaniya referendumuyla ABŞ-da prezident seçkisi arasında bəzi oxşarlıqlar da görür. Onun sözlərinə görə, bəzi siyasətçilər seçicilərin nəzarəti itirmək qorxusundan istifadə edə biliblər.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Parisdə görüşəcəklər

%d bloqqer bunu bəyənir: