Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Obama: “Azərbaycan həlledici rol oynamaqda davam edir”

Azərbaycan dünya enerji resurslarının tədarüklərində həlledici rol oynamaqda davam edir. Bu barədə ABŞ Prezidenti Barak Obamanın 23-cü Beynəlxalq Xəzər Neft və Qaz – Caspian Oil & Gas 2016 sərgisinin və 6-cı Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji – Caspian Power 2016 konfransının iştirakçılarına göndərdiyi məktubda deyilir.

Sərginin açılışında oxunan məktubda deyilir ki, son 20 il Azərbaycan üçün həm siyasi, həm də iqtisadi sahələrdə transformasiya dövrü idi və bütün bu müddət ərzində ABŞ enerji sahəsində Azərbaycan hökuməti ilə çox sıx işləyirdi.

Məktubda qeyd edilir: “Azərbaycan enerji resurslarının tədarükü proseslərində həlledici rol oynamaqda davam edir və bizim regional şaxələndirilmənin, bazar rəqabətinin və enerji təhlükəsizliyinin artırılması üzrə ümumi məqsədlərə nail olmağımızda etibarlı tərəfdaşıdır”.

Məktubda bildirilir ki, indiki şəraitdə enerji daşıyıcılarının tədarüklərinin şaxələndirilməsi heç vaxt olmadığı qədər vacibdir: “Azərbaycan və onun tərəfdaşları ötən il ərzində “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində əhəmiyyətli irəliləyişə nail olublar. Azərbaycan və onun beynəlxalq tərəfdaşları arasında gələcək əməkdaşlıq bu əhəmiyyətli layihənin rəqabət qabiliyyətini təmin edəcək”.

Məktubda həmçinin qeyd olunur ki, ABŞ layihənin həyata keçirilməsində kömək göstərməyə hazırdır.

24saat.org
Loading...

Kərəm Həsənovun zavodunda üsyan: dayısı və qardaşı işçilərə pul vermir – Özəl

Sonrakı Yazı »

Novruz Məmmədov: “Sarkisyan o torpaqları qulağının dibini görsə, görəcək”

%d bloqqer bunu bəyənir: