Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Obama Ərdoğanla görüşdü

“Böyük iyirmilik” (G-20) sammiti çərçivəsində Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayip Ərdoğan və Barak Obama arasında görüş keçirilib.

Liderlər əsasən PYD mövzusunu və Fətullah Güləninin qaytarılmasını müzakirə ediblər.

Prezidentlər görüşdən sonra birgə mətbuat konfransı təşkil etdi.

Obama:

“Sizi gördüyümə sevindim. Liderliyiniz altında yaranan güclü müttəfiqliyin davamlı olmasını diləyirəm. Biz Türkiyə təşkilatlarını və Türk xalqını dəstəkləyirik. Son hadsələrdə ölən vətəndaşlarınıza görə üzüntümüzü bildirirəm. Türkiyə çiyinlərində qaçqın yükünü tək daşıyır, dəstək olmalıyıq”-deyə Obama bildirib.

Ərdoğan:

“Hörmətli Obama, təşəkkür edirəm. 15 iyul cevriliş cəhdini telefonla müzakirə etmişik. Bu görüşdə verdiyiniz dəstəyə görə də təşəkkür edirəm. Bütün terror təşkilatlarına qarşı eyni münasibət sərgiləmək məcburiyyətindəyik. Çünki terrorizmin hər növü pisdir”-deyə Ərdoğan bildirib.

Aydın Taş

24saat.org
Loading...

Kərəm Həsənovun zavodunda üsyan: dayısı və qardaşı işçilərə pul vermir – Özəl

Sonrakı Yazı »

Prezident sərəncam verdi

%d bloqqer bunu bəyənir: