Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“O zaman nə Maliyyə Nazirliyi əlavə ehtiyatlar axtaracaq, nə də…”

2017-ci il dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb. Maliyyə Nazirliyinin  məlumatına görə, dövlət büdcəsinin gəlirləri 15,955 mlrd. manat, xərcləri 16,6 mlrd. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 mlrd. 312 mln. 619 min manat, yerli gəlirləri 642,381 mln. manat, mərkəzləşdirilmiş xərcləri 15 mlrd. 881,730 mln. manat, yerli xərcləri 718,270 mln. manat) məbləğində təsdiq edilməsi proqnozlaşdırılır. Beləliklə, gələn ilin dövlət büdcəsinin 645 mln. manatlıq kəsirlə icra olunması nəzərdə tutulub.

Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi özəlləşdirmədən, daxili və xarici borclanmadan daxil olmalar, xarici qrantlardan daxilolmalar və 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək. 2017-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 1% təşkil edəcək.
İqtisadçı ekspert, Nazim Bəydəmirli Moderator.az-a açıqlamasında büdcədə onu narahar edən məqamlardan danışıb:
“Məni narahat edən getdikcə dövlətin iqtisadi fəaliyyətə müdaxiləsinin artmasıdır. Gərək məmur sahibkarlığına son qoyulsun, iqtisadi fəaliyyətin stimullaşdırılması üçün addımlar atılsın. O zaman nə Maliyyə Nazirliyi əlavə ehtiyatlar axtaracaq, nə də dövlət büdcəsi vasitəsilə “kəmər sıxma” əməliyyatı baş verəcək.
Mən bir məqam barədə fikirlərimi xüsusi qeyd etmək istərdim. Gömrük Komitəsinin gəlirlərinə diqqət yetirək. Büdcə gəlirlərində görünür ki, təqribən 21,5 faiz artım var, təkcə əlavə dəyər vergisindən isə 26,1 faiz artım gözlənilir. Keçən ilki devalvasiyalardan sonra manatın alıcılıq qabiliyyəti azalıb, Gömrük komitəsinin statistikasında bu azalma öz əksini tapıb və hamının fikri budur ki, ümumi iqtisadi daralma gedir. O zaman sual yaranır, ölkəyə idxal olunan məhsullar həcm baxımdan azalmalıydı, ancaq rüsumların qalxmadığı, vergi dərəcəsinin artmadığı zamanda Gömrük Komitəsinin proqnoz göstəriciləri ötən ilə nisbətən daha yüksək verməsi necə olur?
Bu o deməkdir ki, komitə vasitəsilə yığılan vəsaitlərdən büdcədən yayındırmalar katastrafik dərəcədə çoxdur. Ümumilikdə isə onu demək istədim ki, səhiyyəyə, təhsilə, mədəniyyətə, elmə və ümumi sosial xərclərə azalmanın olması, sosial təminatın azalması, regionlara vəsaitlərin qeyri bərabər bölgüsü, ən böyük narahatçılıq isə cari xərclərimizin iqtisadi fəaliyyətlə qarşılana bilməməsidir.”

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Maliyyə Nazirliyi maaş və pensiyaların artacağı xəbərini təkzib etdi

%d bloqqer bunu bəyənir: