Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
yanan

‘O üzlüklərə saxta rəy verilməsəydi, bu qədər adam da ölməzdi’

Şahid bina yanğınına görə Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru, bu iş üzrə təqsirləndirilən səkkiz nəfərdən biri – Akif Əlibəyovu birbaşa günahkar bilir.

Belə bir iddiayla Binəqədidəki yaşayış binasında 15 nəfərin ölümü ilə nəticələnmiş yanğınla əlaqədar şahid olan Məlahət Ağasıyeva məhkəmədə çıxış edib. O deyir ki, A.Əlibəyov binaya vurulmuş poliuretan üzlüklər barədə saxta müsbət rəy verilməsəydi, bu qədər adam ölməzdi, yaralanmazdı.

M.Ağasıyeva istintaq zamanı könüllü gedib ifadə verib. Məhkəməyə isə ərizə göndərib. Bina yanğını üzrə noyabrın 10-da keçirilən məhkəmə iclasında hakim onun ərizəsini elan edib. Ərizədən məlum olur ki, M.Ağasıyeva A.Əlibəyovun işçisi olub, indi isə münasibətləri düşmənçilik səviyyəsindədir. Amma yazır ki, keçmiş rəhbərinin əleyhinə səsləndirdiyi fikirlərin aralarındakı düşmənçiliyə dəxli yoxdur.

 

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Beyləqanda rəzalət: başçı tibb işçilərinə küçə süpürdür – Foto

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: