Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“O qədər balqabağam ki, silahı orada saxlayım?” – Azad Cavadov

“Beynəlxaq Bank işi” ilə bağlı məhkəmədə Cahangir Hacıyevin tələbə yoldaşı sensasiyalı ifadələr verdi

Azad Cavdov: “Vergilər Nazirliyi məni kredit götürüb borcu ödəməyə məbur etdi”

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bizimyol.info xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Azad Cavadovun dindirilməsi davam etdirilib.
O, prokurorun suallarına cavab verərək bildirib ki, Cahangir Hacıyevlə tələbə yoldaşı olub və onun dəvəti ilə Fındıq Emalı Zavodunda əvvəl direktor müavini, 2002-ci ildən isə direktor kimi fəaliyyət göstərib. Fındıq zavodunun bankla əlaqəsinə gəlincə, A.Cavadov deyib ki, zavod əvvəllər Beynəlxalq Bankdan kredit götürüb və ödəyə bilmədiyinə görə, girov olaraq müəssisə bankın idarəetməsinə keçib. O qeyd edib ki, bununla bağlı sənədləşmə işləri var və məhkəməyə təqdim edə bilər.
Onun işlədiyi dövrdə Beynəlxalq Bankdan götürülən 17 milyon manat kreditlə bağlı deyib ki, bu, Vergilər Nazirliyinin təşəbbüsü ilə olub. “Cinayət işi ilə bağlı dedilər ki, pulların xərcənməsini göstərim. Bildirdim ki, işçilərə paket şəklində maaş verilib. Dedilər ki, belə ödəniş mümkün deyil. Bir hissəsini qeyri-rəsmi olaraq dövlət strukturlarına ödədiyimi dedim, dedilər ki, bizdə korrupsiya yoxdur.  Bildirdilər ki, get kredit götür gətir pulu ödə, yəni onlar belə yol göstərdilər, mən də Cahangir müəllimlə danışdım. Pulu ödəyəndən sonra məni sərbəst buraxdılar.
O, qaynanasının adına 816 min manat kreditlə bağlı deyib ki, həmin kredit əvvəl vəkil Akif Məlikovun adına olub. “Akif Məlikov bir gün əldi ki, kreditlə soyuducu almaq istəyən zaman ona bildiriblər ki, adınada böyük məbləğdə kredit var. Deyiblər a kişi, sən kreditlə soyuducu niyə alırsan, istəsən soyuducu zavodunu ala bilərsən. Vəkil bildirdi ki, çətin vəziyyətə düşüb, mən də krediti onun adından çıxarıb qaynanamın adına keçirdim.
Azad Cavadov soyuq və odlu silah saxlama ilə bağlı ittihama aid suallara da cavab verib. Bildirib ki, ittihamda soyuq silah kimi deyilən xəncər 10 il evində olub. “Onu qayınım Mərkəzi Univermaqdan hədiyyə olaraq alıb. Evimdə ikinci dəfə axtarış aparanda həmin əşyanı götürdülər və ekspert rəy verdi ki, guya soyuq silahdır. Halbuki evdə ondan böyük iki balta var. Odlu silaha gəlincə isə bu ümumiyyətlə mənlik deyil. Özləri evə qoyublar. Səbəbi də o idi ki, mənə 6 milyon ittihamı ikinci dəfə verilirdi. Baxdılar ki, eyni əmələ görə ikinci dəfə cəzalandırmaq mümükün deyil və məhkəmədən vaxt istədilər. Yenidən bağa baxış keçirdilər və saunada yastığın altından tapança tapdılar. Mən orda odlu silah saxlasaydım, ən azından evə xəbər edərdim ki, baxış keçirəcəklər “tədarük” görün. O qədər balqabağam ki, silahı orada saxlayım? Axtarış aparanda çox arxayınb idilər. 20 nəfər içəri girdilər. Çıxarıb dedilər ki, “bu da silah”.
O, suala cavab olaraq bildirib ki, həmin silaha əl vurmayıb. Lakin prokuror deyib ki, ekspert rəyinə görə həmin silahda onun əl izi var. A.Cavadov həmin ekspert rəyinin də qurama olduğunu deyib.
Daha sonra vəkillərin suallarını cavabalandıran A.Cavadov deyib ki, zavodun ümumi 60 milyon manatlıq götürdüyü kreditlər müəssisənin genişləndirilməsinə sərf edilib. Təqsirləndirilənin sözlərinə görə genişləndirmə siyasəti çərçivəsində Zaqatalada Fındıq Zavodu, bir çox rayonlarda 100 hektarlarla fındıq sahələri alınıb. Sadəcə bəzilərində rəsmi alqı-satqı olmayıb. Bunun da səbəbi həmin əmlakların rəsmi çıxarışlarının olmaması ilə bağlıdır.  O qeyd edib ki, bank da pulların xərclənməsinə nəzarəti həyata keçirib. İttiham aktına görə həmin pullardan 6 milyonunun  mənimsənilməsinə gəlincə, Cavadov bildirib ki, heç bir mənimsəmədən söhbət gedə bilməz və pul ödənilməsəydi belə, müəssisənin özü bankın girovunda idi. O, qeyd edib ki, müəssisə sonradan “Aqrarkredit” QSC-nin nəzarətinə keçib.
C.Hacıyev də onun dediklərini təsdiqləyib. “Müəssisə ilə bağlı girov sazişi imzalanıb. Sonradan müəssisənin “Aqrarkredit” nəzarətinə keçməsi prezidentin müvafiq fərmanına uyğun olaraq baş tutub. Ancaq bu ittiham prezidentin fərmanına ziddir”- deyə C.Hacıyev qeyd edib.
C. Hacıyev A.Cavadovun tələbə yoldaşı olduğunu, ona güvəndiyini üçün müəssisəyə rəhbər gətirdiyini deyib. O vurğulayıb ki, zavodun əvvəllər olan kredit borcları da məhz A.Cavadovun vaxtında ödənilib. Sabiq bankir dostu ilə bağlı irəli sürülən 6 milyonluq mənimsəmə ittihamının cəfəngiyat olduğunu bildirib. C.Hacıyev silah ittihamının əsassız və qurama olduğunu deyib.
Prokuror arayış verərək bildirib ki, Azad Cavadov 6 milyonluq kredit üzrə iki dəfə ittiham verilməsi barədə dedikləri həqiqət deyil və ikinci ittiham mənimsəmə deyil, kreditin ödənilməsi ilə bağlıdır. O həmçinin silahın hüquq-mühafizə orqanları tərəfindən qoyulması barədə deyilənlərin əsassız olduğunu vurğulayıb.
Daha sonra məhkəmədə 14 nəfər şahid qismində dindirilib. Onlar “İnter Security” mühafizə şirkətinin işçiləri olub. Şahidlər bildiriblər ki, çalışdıqları şirkətin rəhbərliyi tərəfindən onlara bankda bəzi sənədlərə qol çəkmələri istənilib və bu kreditin şirkətin işi üçün lazım olduğu deyilib. Onlar da rəhbərliyin tapşırığına əməl ediblər. Sonradan biliblər ki, adlarına külli-miqdarda – hərəsinin adına 800 min manatdan 1 milyona qədər kredit götürülüb. Şirkət rəhbərliyi isə onlara deyib ki, həmin kreditlər şirkət tərəfindən ödəniləcək. Bir neçə şahid isə bildirib ki, onlar sadəcə qol çəkiblər ümumiyyətlə kreditdən xəbərləri olmayıb. Adlarına kredit olduğunu isə bir neçə il keçdirkdən sonra öyrəniblər.  Qeyd edək ki, ötən prosesdə “İnter Security” şirkətinin rəhbəri, təqsirləndirilən şəxs İbrahim Hüseynov da ifadəsində həmin işçiləri banka özünün göndərib və onların bu işdə heç bir günahı yoxdur.
Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər əməllərdə ittiham edilirlər.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Azay Quliyevdən nüvə təhlükəsizliyi barədə MESAJLAR

%d bloqqer bunu bəyənir: