Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

O generalın silahı əlindən alındı

Aprelin 30-dan mayın 1-nə keçən gecə Bakının Binəqədi rayonunda silahlı insident baş verib.

24saat.org saytı “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, FHN generalı sərxoş vəziyyətdə Baş Xüsusi Dövlət Mühafizə İdarəsinin zabiti ilə mübahisə edib.

Binəqədi Rayon Polis İdarəsindən əldə edilən məlumata görə, insident barədə DİN-in “102” xidmətinə hadisənin şahidi olan Füzuli Rayon Polis Şöbəsinin sahə müvəkkili Rafael Xudiyev məlumat verib. Polis bildirib ki, Bakının 6-cı mikrorayon ərazisində “Lexus” markalı avtomobilin sürücüsü (dövlət nömrə nişanı 90 SH 900) ona tapança çəkib.

İlkin təhqiqat zamanı müəyyən olunub ki, gecə saat 02.00 radələrində S.Məmmədov küçəsində Baş Xüsusi Dövlət Mühafizə İdarəsinin 31 yaşlı zabiti Famil Quliyevlə FHN-in xidmət rəisi, 39 yaşlı general-mayor Ramil Cəfərov arasında münaqişə yaranıb. Quliyev “Mercedes” markalı avtomobilin, Cəfərov isə “Lexus”un sükanı arxasında olublar.

Münaqişənin səbəbi sürücülərin bir-birlərinə yol verməməsi olub. Bu zəmində generalla zabit arasında mübahisə yaranıb.

Bildirilir ki, general Cəfərov Quliyevi təhqir edərək hadisə yerindən uzaqlaşıb. Bu zaman F.Quliyevin arxasınca “Opel” markalı avtomobili ilə hərəkət edən tanışı – sahə müvəkkili Rafael Xudiyev generalın avtomobilinin qarşısını kəsib.

Bundan bərk qəzəblənən general maşından çıxaraq “Jeriko” markalı tabel silahını çıxarıb və polisə tərəf tuşlayıb. Lakin polis generala yumruq zərbəsi endirib və onun silahını əlindən alıb.

Daha sonra hadisə yerinə Binəqədi polisinin əməkdaşları gəlib.

Tərəflər polisdə izahat yazdıqdan sonra sərbəst buraxılıblar. İş üzrə materiallar Binəqədi Prokurorluğuna verilib.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Seyran Ohanyan: “Cəbhə xəttində istənilən hadisə baş verə bilər”

%d bloqqer bunu bəyənir: