Loading...
Loading...
62807

“O, erməni bayrağını öpdü, həyatımdan sildim…” – Aygün

Xalq artisti Aygün Kazımova “5-ci element” verilişinin qonağı olub.

“Qafqazinfo” xəbər verir ki, müğənni proqramda aparıcıların suallarını cavablandırıb.

Müğənni teleaparıcıların “Aygün Kazımova neçə dəfə əməliyyat olunub?” sualına belə cavab verib.

“20 dəfə əməliyyat olunmuşam. Bundan sonra da əlbəttə ki, əməliyyat olunacam”.

A.Kazımova verilişdə Brilliant Dadaşovanın onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Müğənni həmin gündən sonra “5-ci element” kollektivindən incidiyini qeyd edib:

“Dadaşova deyib ki, konserti olub. Onun konsert verdiyi məkanın yanında mən çıxış etmişəm. Guya, mənim konsertimə heç kəs gəlməyib. Məndə media işçilərini götürüb Brilliant Dadaşovanın ağzı dolu zalına gəlmişəm. Və mətbuat orqanlarına burada açıqlamalar vermişəm. Demişəm ki, konsertimə görün nə qədər adam gəlib? Hansı müğənni özünə belə şeyi sığışdıra bilər? Guya, konsertimdə adam olmayıb. Həmin gün konsert verməmişəm. Mənim Türkiyədən qonaqlarım var idi.

Onları Dadaşovanın konsertinə gətirdim. Ora bir çox müğənnilər dəvət olunmuşdu. Ancaq mən çağırılmamışdım, bilet almışdım. Gedən kimi media üstümə töküldü. Dadaşova ikinci planda qaldı, fantaziya aləminə səyahət etdi. Qıcıqlandığından verilişdə belə açıqlama verdi. Brilliant Dadaşova ilə dostluğumuzu əvvəllər nümayiş etdirmişik. Ancaq birdən-birə dedi ki, biz dost deyilik. Yəqin ki, nəyəsə görə qıcıqlanıb. Həyatda artistlik edə bilmirəm”.

Xalq artisti mərhum sənətçi İlhamə Quliyeva haqqında da maraqli fikirlər səsləndirib:

“İndi də dostlarım gəlsə, rəhmətlik İlhamə Quliyevanın konsertinə gətirərdim. İnsan itkisi hər kəsə təsir etdi. Həmçinin mənə də… Peşman oldum, yerinə düşmədi. Belə olmalıymış. İlhamə xanımla aramda qalmaqallar yaşanırdı, amma maksimum efirə çıxmamağına çalışırdım”.

“Mənim “Sevgilim” mahnısının klipində geyimlərimi Rusiyada yaşayan modelyer Aslan hazırlamışdı. Ancaq onunla münasibətlərimi bitirmişəm. O şəxs “Eurovision-2009”da erməni iştirakçılarını geyindirmişdi. Efir zamanı isə “qrin rum”da çəkiliş zamanı Aslan erməni bayrağını öpdü. Onu həyatımdan sildim”, – A. Kazımova qeyd edib.

O, Kamilə Babayevanın toyunda Röyaya “bakal” atmasından danışıb:

“Kamilə bu söhbəti gizli saxlayıb. Çox gözəl ki, bunu edə bilib. Gizli qalıbsa, belə də qalsın. İçki aləmi idi, oldu, keçdi. Kimsə dilinə güc verəndə, mən də “bakal”lara güc verirəm”.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Rəqsanənin qızı: “Millət salonda saçını, makiyajını düzəldir, mən isə…” – FOTO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: