Noyer Azərbaycanı nümunə göstərdi


Almaniya millisinin qapıçısı Manuel Noyer DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya üzərində 2-0 hesablı qələbəni şərh edib.

24saat.org goal.az-a istinadən xəbər verir ki, təcrübəli qapıçı qarşıdakı oyunlarda da maksimum nəticə qazanmaq istədiklərini bildirib:

“Yaxşı oyun keçirdik və qalib gəldik. Çexiya ilə oyunda da belə oynamışdıq. İşlərimiz qaydasında gedir. Növbəti oyunumuz səfərdə San Marinoya qarşıdır. Rəqibimizə hörmətlə yanaşırıq. Artıq indi zəif komanda yoxdur. Bunu Azərbaycan yığması öz nəticələri ilə sübut edir. Onlar qrupda 2-ci pillədədirlər. Biz bütün oyunlara yalnız qələbə qazanmaq üçün çıxırıq”.

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

“Azərbaycanı udaq, ikinci yerə çıxaq”

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: