Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
nov

Novxanı çimərliyində məcburi köçkünlərə məxsus obyektlər söküldü

Qaçqın ailələri şokda…

Bakının Novxanı çimərliyində əsasən məcburi köçkünlərə məxsus olan ondan çox obyekt sökülüb. Bu barədə 24saat.org-u özəl mənbə məlumatlandırıb.

Mənbənin sözlərinə görə, söküntü prosesi polis əməkdaşlarının müşayiəti ilə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilib. Obyektlərin hansı səbəbdən söküldüyü ilə bağlı isə obyekt sahiblərinə dəqiq bir söz deyilməyib. Sadəcə vurğulanıb ki, söküntü Prezident Administrasiyasının göstərişi ilə həyata keçirilir.

Mənbənin sözlərinə görə, həyata keçirilən söküntü prosesi məcburi köçkünlərdə şok effekti yaradıb. Məcburi köçkünlər hesab edir ki, Heydər Əliyev dönəmindən onlara məxsus olan obyektlərin bir günün içində tar-mar edilməsi bütövlükdə həm mərhum prezidentin siyasətinə, habelə vətəndaş və sahibkarlıq hüquqlarına hörmətsizlikdir.

Bilgili qaynağın sözlərinə görə, söküntü ərazisinin qarşıdakı günlərdə genişləndiriləcəyi, yeni-yeni obyektləri əhatə edəcəyi istisna edilmir.

24saat.org

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

“Facebook” zərərdə

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: