Loading...
Loading...

Novxanı çimərliyində kanalizasiya suyu Xəzərə axıdılır – VİDEO

Novxanı ərazisində yerləşən çimərliklərdən birində kanalizasiya suyunun Xəzər dənizinə birbaşa axıdılması müşahidə olunub.

“Report” faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) müraciət edib. Müraciətdən dərhal sonra nazirlik aiddiyyəti üzrə işçilərini hadisə yerinə yönləndirib.
Araşdırmanın nəticəsi barədə “Report”a açıqlama verən ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları hadisənin baş verdiyi əraziyə baxış keçirib: “Əməkdaşlarımız faktı araşdırarkən Novxanı bağlar massivində formalaşan çirkab sularının təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılmasını müəyyən ediblər. Faktla bağlı “Bağlar Sukanal” İdarəsinin rəisi İlqar Abdullayev İnzibati Xətalar məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimə olunub. Aşkar olunmuş ekoloji pozuntunun aradan qaldırılması məqsədilə ona icrası məcburi olan müddətli məcburi göstəriş verilib”.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Ruhun peyda olduğu deyilən məktəbin direktoru DANIŞDI

Loading...
%d bloqqer bunu bəyənir: