Advertisements
24 saat

Norveç neft şirkəti Bakıda yeni emalatxana və ofis açdı


Norveçin neft servis şirkəti “Enhanced Drilling” Azərbaycanda yeni emalatxana və ofis açıb.

“Report” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Yeni emalatxana Salyan şosesinin 22-ci km-də yerləşir və 2 355 kv. metr sahəni əhatə edir. Yeni emalatxana şirkətin Bakıda yerləşən köhnə emalatxanasından 3 dəfə böyükdür.

Qeyd edək ki, “Enhanced Drilling” şirkətinin baş ofisi Norveçdə yerləşir. Şirkətin Böyük Britaniya, ABŞ, Avstraliya, Azərbaycan, Malayziya və Kanadada təsisatları var.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: