Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Nobeli aşağılayan yazıçılar – MARAQLI

Alfred Nobelin vəsiyyəti ilə təsis edilən “Nobel” mükafatı bu gün dünyanın ən nüfuzlu ödülü kimi qəbul edilir. 6 istiqamətdə təqdim edilən mükafat müəyyən vaxtlarda  iqtisadiyyat, sülh və ədəbiyyat üzrə nominasiyalarda qaliblərlə bağlı fikir ayrılıqlarına səbəb olub.

Moderator.az təqdim edəcəyi yazıda öz yaradıcılığını Nobel mükafatından üstün tutan, ondan birmənalı şəkildə imtina edən yazıçılardan bəhs edəcək:
Bu mükafatdan ən səmimi şəkildə imtina edən yazıçı fransız Jan-PolSartrdır.Yazıçı bu barədə yazdığı “Nobel mükafatından niyə imtina etdim” məqaləsində imtinanın səbəblərini əsaslandırıb.Sartr əsas səbəb kimi bu mükafatı alacağı təqdirdə bütün yaradıcılığının ona təhkim olunacağını, insanların yalnız Nobelə görə ona dəyər verəcəyini qeyd edirdi. Onun fikrincə, bir yazıçının yaradıcı azadlığı bütün mükafatlardan üstündür.
Amerika yazıçısı Bernard Şou Nobelə nifrət edib. O, Nobel mükafatını bəşəriyyət üçün elə həmin Nobelin kəşf etdiyi barıtdan da təhlükəli məqam kimi qiymətləndirib.
1925-ci ildə Nobel komitəsi Bernard Şounu “yaradıcılığında yer alan idealizm və humanizmə, poetik gözəlliklə çulğanmış parlaq satiraya görə” Nobel  mükafatına layiq görsə də, o, mükafatdan birmənalı şəkildə imtina edib.
Lev Tolstoyun Nobeldən imtinasını isə, onun ömrünün sonunda üzləşdiyi psixoloji depressiya ilə əlaqələndirirlər. O zaman“Pul şər mənbəyidir, mən əsərlərimi bəşəriyyətin xilası naminə yazmışam” deyən Tolstoy İsveç Akademiyasına etirazınıbildirmişdi. Elə nüfuzlu akademiya da ona borclu qalmır.
İsveç Akademiyasının katibi KarlVirsen “bu yazıçı sivilizasiyanın bütün formalarına qarşı çıxıb və əvəzində ibtidai həyat tərzinə keçməyi təklif edib” deyərək onun mükafat almasına əks reaksiya göstərib. Amma o, əslində bilmirdi ki, bu sözləri deməklə Tolstoya nə qədər mənəvi rahatlıq verir. Həmin il mükafat bu gün kimsənin tanımadığı italiyalı yazıçıya verilir. Amma bir neçə il sonra səfil vəziyyətdə ölən Tolstoyu bu gün hamı sevə-sevə oxuyur.
SamuelBekketNobel mükafatının arxasıyca getməyən yazıçı kimi tarixə düşür. Rindanə həyat tərzinə üstünlük verən yazıçı telefonda Nobel mükafatı alması xəbərini ona verən dostlarına məni narahat etməyin deyə, müraciət edir. Bekket Nobeldən imtina etməsə də, mükafatı almağa getmir və bir növ onu aşağılayır.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Keçmiş səfirimizlə bağlı evlilik xəbəri yalan imiş…

%d bloqqer bunu bəyənir: