Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
qetl2

Niyə insanlar bir-birini öldürür?

Şiddətin təbiəti mövzusu ətrafındakı mübahisələr davam edir. İnsanların bir-birini öldürməyini elmi olaraq izah etməyə çalışan bir neçə nəzəriyyə var. Alimlərin gəldiyi son qərar isə təkamül keçmişinə istinad edir.

Fransız maarifçisi Jan-Jak Russo hesab edirdi ki, sivilizasiya yaranmazdan əvvəl insanlar bir-birilə daha yaxşı yola gedirdi. Şiddət davranışının anidən ortaya çıxmasını o, başlıca olaraq özəl mülkiyyət amilinə bağlayırdı. İngilis materialist filosofu Tomas Qobbs isə insanın özünün təbii halda aqressiv olduğunu, sivilizasiya və dövlətinsə tam əksinə olaraq öldürülmə hallarını azaltdığını güman edirdi.

İspaniyalı tədqiqatçı Markos Mendes həmkarları ilə birlikdə hər iki nəzəriyyəni yoxlamaq qərarına gəlib: onlar, bunun üçün riyazi modeldən yararlanıblar. Mütəxəssislər 137 məməli fəsiləsinin ölüm göstəricilərini gözdən keçirməklə yanaşı, həm də qədim dövrlərdə insanların əsasən hansı səbəbdən öldüklərini təhlil ediblər.

Məlum olub ki, məməlilər öz oxşarlarını çox nadir hallarda öldürürlər – bütün ölüm səbəbləri arasında növdaxili öldürülmə cəmi 0,3% təşkil edir. Amma əgər konret olaraq insanaoxşar meymunlar ailəsini götürsək göstərici 1,8%-ə qədər qalxır. Qədim insanlarda isə bu 2%-ə bərabərdir. Bundan savayı sivilizasiyanın insana xarakterik şiddəti aradan qaldırmadığı aydın olub: antik dövrdə yer almış şiddətlə əlaqəli ölüm hadisələrinin sayı ibtidai-icma quruluşundakı göstəricilərdən daha yüksəkdir.

Elə isə insanların özlərinə qarşı şiddətinin səbəbi nədir? Alimlər hesab edir ki, Homo sapiens-in şiddətə olan meyli təkamülləşdikcə artıb. Canlı sübut kimi müasir meymunları görə bilərik: heyvan qrupu nə qədər böyükdürsə, şiddət səviyyəsi bir o qədər yüksəkdir. Geniş və münaqişəli populyasiyaların təbiətdə sağ qalma şansı daha çoxdur, nəinki kiçik və “sülhsevər” qruplar.

Qeyd etmək vacibdir ki, müasir inkişaf etmiş ölkələrdə şiddət səviyyəsi aşağıdır, lakin futuroloqlar gələcəklə bağlı qorxunc proqnozlar verir. Onlar iddia edir ki, demoqrafik tarazlıq yaratmaq üçün gələcəyin hökümətləri “insan ovunu” realiti-şou formasında qanuniləşdirə bilər.

Yasilelm.com

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Riçard Dokinz – Təkamül gözlərimizin önündə – I hissə

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: