Loading...
Loading...

Niqablı İŞİD-çi kişilər yaxalandı

Suriya-Türkiyə sərhədində qara qiyafədə olan “qadınlar qrupu” saxlanılıb.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Manbica adlanan ərazidə qeydə alınıb. Saxlanılan şəxslərin əslində qadın paltarlı kişilər olduğu məlum olub. Araşdırmalar zamanı ənənəvi müsəlman geyimi niqabdan istifadə edərək maskalanmağa çalışan şəxslərin İŞİD terror qruplaşmasının üzvü olduğu üzə çıxıb.

Terrorçuları bu addımı atmağa məcbur edən səbəb isə, Manbicanın son zamanlar tamamilə mühasirəyə alınmasıdır. Təhlükə səbəbindən terrorçular maskalanaraq ərazini tərk etməyə cəhd ediblər. Lakin boyanmamış gözləri və formaya salınmamış qaşları onları ələ verib.

Xatırladaq ki, terrorçuların qaçmaq üçün qadın cildinə girməsi faktı ilk dəfə qeydə alınmır. Bundan öncə də onlarla terrorçu Aleppodan qaçmaq üçün don geyinmişdi.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Bakıda eskalator xarab oldu: qadın ölümdən döndü

Loading...
%d bloqqer bunu bəyənir: