“Nikoil” Bankın 100-dən artıq əməkdaşı işdən çıxarılıb


Yeni rəhbərliyin “sağlamlaşdırma” kampaniyası ciddi narazlıq yaradıb

“Nikoil” Kommersiya və İnvestisiya Bankında kütləvi ixtisarlar aparılır. Bank dairələrindən əldə etdiyimiz məlumata görə, qurumda rəhbər dəyişikliyindən sonra sədr müavini təyin olunan Fərhad Hacınski kommersiya təşkilatında “təmizləmələrə” başlayıb. Mənbənin məlumatına görə, son bir ayda bankın 100-dən artıq məsul əməkdaşı işdən çıxarılıb. Onların sırasında filial müdirlərinin müavinləri, qrup rəhbərləri, kredit mütəxəssisləri də var.

İşdən çıxarılan əməkdaşlara ixtisar edildikləri barədə sənəd verilmir. Onların bəzilərindən Fərhad Hacınskinin açıq təzyiqi ilə və yaxud iki aylıq kompensasiya ilə ərizləri alınıb. Məlumatda qeyd olunur ki, kütləvi işdən çıxarılmalar bankın sağlamlaşdırılması adı ilə aparılsa da, əslində mahiyyət başqadır. F. Hacınski boşalan iş yerlərinə öz adamlarını təyin etdirir. Xatırladaq ki, F. Hacınski “Nikoil” Banka hazırda əsas aktivləri problemli olan “Rabitəbank”dan transfer olunub.

Mənbə bildirib ki, işdən zorla çıxarılan əməkdaşların əksəriyyəti üzləşdikləri qanunszuluqla barışmaq niyyətində deyil. Onlar müxtəlif yollarla hüquqlarının bərpa olunmasına çalışacaqlar.

Xatırladaq ki, “Nikoil” Kommersiya və İnvestisiya Bankının əsas səhmdarları – “Topaz İnvestments” QSC – 56.4 %, “NİKOYL” QSC – 42.6%, “ISR Holding” MMC – 1.0%-lə təmsil olunur.

Azadlıq.info

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

İşsizlik kritik həddə çatıb – BÖHRAN

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: