24 saat

Niko Rosberq: “Bakıda ayaqyolu əsl problemə çevrilmişdi”


Bakıda keçirilmiş “Formula 1” Avropa Qran-Prisinin qalibi Niko Rosberq yarışdan sonra gələn il ayaqyoluların sayının artırılmasını xahiş edib.

Yarış başa çatdıqdan sonra Rosberq bildirib ki, ötən həftəsonu onu bir çox şeylər təəccübləndirib. Bunlar təhlükəsizlik avtomobillərinin olmaması, yarış vaxtı hər hansı qəzanın baş verməməsi və başqa nüanslar.

Sonradan məlum olub ki, “Mercedes” komandasının pilotu uzun müddət ayaqyoluna növbə gözləməli olub və buna əsəbiləşib.

Virtualaz.org xəbər verir ki, bu barədə autosport.com.ru yazıb.

“Təşkilatçılar daha çox ayaqyolu düzəltsəydilər, daha yaxşı olardı, – Rosberq deyib. – Bu həftəsonu növbələrdə çox vaxt keçirməli oldum”.

Amma bu narahatlıq alman pilota yarışda qalib gəlməyə mane ola bilməyib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: