Loading...
Loading...

Nijni Novqoroddan Bakıya birbaşa reyslər bərpa edilib

Rusiyanın Nijni Novqorod şəhərinin “Striqino” hava limanından Bakıya birbaşa reyslər bərpa edilib. Bu barədə “NTA-Privoljye” nəşri yazıb.

Reysləri “Komiaviatrans” aviaşirkəti yerinə yetirir. Uçuşlar sərnişin tutumu 50 nəfər olan “Embraer 145” hava gəmiləri vasitəsi ilə icra edilir. Bakıya uçuşlar həftənin cümə günləri 10:30-a təyin edilib. Geri qayıdış cümə axşamı Bakı vaxtı ilə 20:15-də həyata keçirilir. Uçuş vaxtı 2 saat 45 dəqiqədir.

Əvvəllər bu istiqamətdə “YUTeyr” və “Azərbaycan Hava Yolları” QSC fəaliyyət göstərib.

“Komiaviatrans” Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyindən Nijni Novqoroddan Azərbaycanın paytaxtı Bakıya beynəlxalq uçuşlar təşkil etmək icazəsini avqust ayının əvvəlində alıb.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Bürclər – 27 AVQUST

Loading...
%d bloqqer bunu bəyənir: