Nigerdə sərhədyanı şəhərlərdən biri terrorçuların nəzarətinə keçib


“Boko Haram” terror qruplaşması Nigeriya-Niger sərhədində yerləşən Bosso şəhərini ələ keçirib.

Virtualaz.org «RİA Novosti» agentliyinə istinadən xəbər verir ki, iyunun 4-ə keçən gecə yüzlərlə silahlı Bosso şəhərinə hücum edib.

Döyüşlər nəticəsində 30 Niger və 2 Nigeriya hərbçisi həlak olub, terrorçuların şəhəri ələ keçirməsinin qarşısı alınıb. Lakin bu gün şiddətli döyüşlərdən sonra Bosso şəhəri “Boko Haram”ın nəzarəti altına keçib. İtkilər barədə məlumat verilmir.

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

İsrailin baş naziri Rusiyaya rəsmi səfərə gəlib

%d bloqqer bunu bəyənir: