Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Nigar Camal: ”Sənətçiyə ərə getmərəm”

“Eurovision-2011” –in qalibi, müğənni Nigar Camal şəxsi həyatından danışıb.

Musavat.com xəbər verir ki, “ATV maqazin onlarla” verilişinə açıqlama verən müğənni həyatında sevdiyi şəxsin olmadığını deyib: “Məni ancaq sevgi depressiyaya sala bilər. Şəxsi həyatımda heç kim olmasa da, özümü xoşbəxt hiss edirəm. İki gözəl qızım böyüyür, valideynlərim yanımdadır. Heç kimi sevmirəm. Ən yaxşısı tək qalmaqdır. Tək olanda əsəblərim pozulmur”.

Müğənni bəyəndiyi kişi tipindən də danışıb: “Mənim üçün kişinin çox yaraşıqlı olması vacib deyil. Əsas odur ki, yaxşı insan olsun. Mənə hörmət etsin və diqqət göstərsin. Ən əsası da dostum olsun. İncəsənət nümayəndəsi ilə nə sevgili olaram, nə də evlənnərəm. Uşaqlıqda Antonio Banderası sevirdim. İndi qocalıb, bəyənmirəm”.

Qeyd edək ki, bir müddət öncə müğənninin yüksək vəzifəli məmurun oğlu ilə sevgili olduğu və sevgilisinin qohumları tərəfindən döyüldüyü barədə xəbərlər yayılmışdı.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Lavrovdan Bakıda BMT-yə – Çağırış

%d bloqqer bunu bəyənir: