Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

NİDA-çı polis bölməsindədir, vəkili zorla bölmədən çıxarıblar (yenilənib)

Anar Abdullanın hansı səbəbdən saxlanıldığı bilinmir

Vəkil Şəhla Hümbətova hazırda 18-ci polis bölməsindədir.

O, Meydan Tv-yə bildirib ki, 1 saat əvvəl 18-ci polis bölməsində olsa da, ona Anar Abdullanın bölmədə olmadığı deyiblər. Ondan sonra Nərimanov Polis İdarəsinə getməli olub: “Çox qəribə vəziyyət yaranıb, idarədən mənə dedilər ki, Anar Abdulla bölmədədir və bölməyə zəng edib nəsə danışdılar. Yenidən qayıtdım bölməyə, içəri keçib saxladıqları Anar Abdullanın vəkili olduğumu deyib sənədimi təqdim edirəm, amma polislər onun burda olmadığını deyirlər. Birdən üzümü saxlanma otağına çevirəndə Anar Abdullanı gördüm, özü də məni görüb saxlandığını deyəndə polislər zorla bölmədən çəxarıldım”.

Hazırda bölmənin qarşısında olduğunu söyləyən Şəhla Hümbətova deyib ki, Anar Abdulla hazırda içəridədir, amma orderi olduğu halda onu müdafiə etməli olduğu şəxsin yanına buraxmırlar.

NİDA-çı Abdullayev Anar Alıxan oğlu Nərimanov Rayon Polis İdarəsinin 18-ci bölməsindədir. Bu barədə hüquqşünas Nicat Məmmədbəyli Meydan TV-yə açıqlamasında bildirib.

Vəkil Şəhla Hümbətova Meydan TV-yə deyib ki, o, hazırda bölməyə getdiyindən heç bir məlumat verə bilməyəcək. Anar Abdullanın hansı səbəbdən saxlanıldığı bilinmir.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Təhsil Nazirliyi dərs ilinin başlanma tarixinə aid suala aydınlıq gətirdi

%d bloqqer bunu bəyənir: