Loading...
Loading...
62727

NİDA-çı gəncin şikayəti təmin edilmədi

Bakı Apellyasiya Məhkəmsəində “Nida” Vətəndaş Hərakatının üzvü, narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Qiyas İbrahimovun şikayətinə baxılıb. Vəkil Elçin Sadıqov Bizimyol.info saytına bildirib ki, evində və üzərində aparılan axtarışla bağlı verilmiş şikayətə Həsən Əhmədovun sədrliyi ilə baxılıb. Prosesdə şikayt təmin edilməyib və Nizami rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Vəkil bildirib ki, bu iş üzrə Avropa Məhkəməsinə şikayət veriləcək.

Qeyd edək ki, Qiyas İbrahimov üzərində və evində aparılan axtarışla bağlı Nizami rayon Məhkəməsinə şikayət verilib və şikayət təmin edilməyib.
Q.İbrahimov narkotik maddələrin satış məqsədilə külli-miqdarda qanunsuz dövriyyəsində ittiham edilir və cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə baxılır.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Akif Çovdarovun qurbanı istintaqın gedişatından razıdır

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: