Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

NİDA-çı gənc həbsdən sonra ilk dəfə valideynləri ilə görüşdü

NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov həbs edilməsindən sonra ilk dəfə valideynləri ilə görüşüb.

24saat.org  xəbər verir ki, bu haqda onun hüquqlarını müdafiə edən Elçin Sadıqov məlumat verib.

 

Məlumat üçün bildirək ki, onunla yanaşı hərəkatın digər üzvü Qiyas Bayramov da həbs edilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) həbs edilən NİDA-çı gənclərlə bağlı yaydığı məlumatda bildirilir ki, hər iki gənc narkotik maddə ilə əlaqəli saxlanılıb.
“Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu qəsəbə sakini Bayram Məmmədovdan 2,904 qram heroin, evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilərək götürülüb.

Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi, Nəsimi RPİ 22-ci PB və Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində Qiyas İbrahimovdan 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb”.

NİDA hərəkatı hesab edir ki, gənclər Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentini yazdıqlarına görə saxlanıblar.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Hərbi Prokurorluğun müstəntiqi məhkəmə qarşısında

%d bloqqer bunu bəyənir: