Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

NİDA bəyanat yaydı – Elgiz Qəhrəmanın həyatına təhlükə var

NİDA Vətəndaş Hərəkatı artıq 6 gündür haqqında məlumat ala bilmədiyi üzvü Elgiz Qəhrəman və bu gün heç bir açıqlama verilmədən Bakı Şəhər Baş Polis İdarəsinə aparılan idarə heyətinin üzvü Turqut Qəmbərlə bağlı bəyanat verib. Bəyanatda deyilir:
“NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmandan 12 avqust tarixində mülki geyimlilər tərəfindən oğurlanaraq Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılandan bu günə qədər xəbər almaq mümkün olmayıb. Bu gün həbs qərarı haqqında verilən Apellyasiya şikayətinə baxılması üçün keçirilən məhkəməyə də gətirilməməsi, adından məhkəməyə yazılan məktubda həbsinə etiraz etmədiyini və məhkəmə prosesində iştirak etmək istəmədiyini bildirməsi və artıq 6 gündür heç kimlə, xüsusilə vəkillə görüşməyə imkan verilməməsi bizi narahat edir. Bütün bunlar Elgiz Qəhrəmanın işgəncələrə məruz qalması barədə şübhələr doğurur və həyatı ilə bağlı ciddi narahatlığa əsas verir.

NİDA VH olaraq bildiririk ki, Elgiz Qəhrəmanın həyatı və sağlamlığı ilə bağlı məsuliyyəti birbaşa ölkə rəhbərliyi və şəxsən İlham Əliyev daşıyır.

Elgiz Qəhrəmanın məhkəmə prosesinin keçirildiyi Apellyasiya Məhkəməsinin binası qarşısında NİDA idarə heyəti üzvü Turqut Qəmbər də heç bir açıqlama verilmədən saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Bütün bu olanları hakimiyyət tərəfindən NİDA-ya qarşı növbəti repressiya dalğası kimi dəyərləndiririk və bu qanunsuzluqlara dərhal son verməyə çağırırıq.

NİDA VH olaraq bildiririk ki, repressiv üsullarla, insanların gözünü qorxutmaqla Azərbaycan xalqının problemləri həll olmayacaq, əksinə cəmiyyətdə gərginliyin artmasına səbəb olacaq. NİDA VH öz haqlı mübarizəsindən geri çəkilməyəcək və Azərbaycan xalqının azadlığı üçün mübarizəyə sonuna qədər davam edəcək.”

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Prezident sərəncam verdi

%d bloqqer bunu bəyənir: