Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Nicat Rəhimov Qazaxıstanda təntənə ilə qarşılandı – Video

Qazaxıstan millisi Rioda keçirilən Yay Olimpiya Oyunlarındakı iştirakını başa vururaq ölkələrinə qayıdıb.

AzNews.az xəbər verir ki, milli komandanın tərkibində ağır atletika üzrə olimpiya oyunlarının qızıl medalını qazanan azəbaycanlı Nicat Rəhimov da olub. Rioda rekorda imza ataraq qızıl medal qazanan idmançımız Qazaxıstanda qəhrəman kimi qarşılanıb.

Nicat Rəhimovun hazırda Qazaxıstanda olan atası Əli Rəhimov da oğlunu hava limanında qarşılayanlar arasında olub. İdmançılar Bakı vaxtı ilə 03:30-da hava limanında olublar.

Bundan əlavə, qarşılanma mərasimində Qazaxıstan dövlət nümayəndələri, Qazaxıstan Ağır Atletika Federasiyasının rəsmiləri, Azərbaycanın diasporasından nümayəndələr olub.

Xatırladaq ki, idmançımızın atası Əli Rəhimov Qazaxıstana ölkənin ağır atletika yığmasının baş məşqçisinin xüsusi dəvəti ilə yollanıb.

Aygün İLQARQIZI

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Ruslar Rövşən Lənkəranski haqda film çəkdi – “AZƏRBAYCANSKİY VOR” – VİDEO

%d bloqqer bunu bəyənir: