“Neymarla 5 illik müqavilə imzalayacağıq”


“Barselona”nın hücumçusu Neymarın komandadakı gələcək taleyinə aydınlıq gəlib.

Qol.az-ın “Marca” qəzetinə istinadən verdiyi məlumata görə, braziliyalı futbolçu qarşıdakı illərdə də “Barselona”da qalacaq.

Bu barədə açıqlama verən klubun prezidenti Xosep Mariya Bartomeu Neymarla 5 illik müqavilə imzalayacaqlarını bildirib: “Neymar “Barselona”dan ayrılmayacaq. Yaxın günlərdə onunla 5 illik müqavilə imzalayacağıq. Komandadan və baş məşqçidən razıyıq. Ancaq klubu daha da gücləndirməyi düşünürük”.

Qeyd edək ki, “Real” və PSJ-nin maraq dairəsində olan Neymarın Kataloniya təmsilçisi ilə mövcud müqaviləsi 2018-ci ildə başa çatacaq.

Zərdabda misli görünməmiş rəzalət – DSMF-in şöbə rəisinin insanlığa ləkə olan addımı – ŞİKAYƏT

Sonrakı Yazı »

Polşa-Portuqaliya oyununda İstanbuldakı terror qurbanları yad ediləcək – UEFA QƏRAR VERDİ

%d bloqqer bunu bəyənir: