Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
netanyahu

Netanyahunun Azərbaycan səfəri: “Müharibə qapının ağzındadır”

İsrailin baş naziri Benyamin Netanyahunun yaxın 3 ay ərzində Azərbaycana səfəri olacaq.

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az-a İsrailin hökumət başçısının gözlənilən səfərini şərh edib.

“Netanyahu Azərbaycana çox uyğun bir zamanda gəlir. Çünki bölgədə sülhyaratma prosesi dayandırılıb və vəziyyət gərginləşib. Artıq müharibə məsələsi qapının ağzındadır. Üstəgəl, Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar da nəticə vermir. Netanyahu belə bir zamanda rəsmi səfərə gəlir. Bu, köklü bir səfərdir və mühüm əhəmiyyət kəsb edir” deyə Q. Hüseynli bildirib.

Ekspertin fikrincə, səfər zamanı bir sıra sənədlərin imzalanması gözlənilir: “İmzalanacaq sənədlər İsraildən yeni nəsil silahların alınması ilə bağlı ola bilər. Eyni zamanda Azərbaycanda İsraillə birgə hərbi sənaye obyektlərinin yaradılmasını özündə ehtiva edən sənəd imzalana bilər. Zənnimcə, Azərbaycanın İsraildə səfirlik açması məsələsi də səfər zamanı müzakirə edilə bilər. Bu isə Azərbaycan-İsrail münasibətlərini yeni mərhələyə qaldırar. Üstəlik İsrailin təsiri altında olan yəhudi lobbisinin Azərbaycana olan marağı daha da yüksələ bilər”.

Politoloq Azərbaycan-İsrail münasibətlərinin inkişafından narahat olan İranın Netanyahunun səfərinə verə biləcəyi reaksiya barədə də danışıb.

“İranın reaksiyası bizi zərrə qədər də maraqlandırmamalıdır. Çünki özünü şiə dünyasının lideri hesab edən İran özü Ermənistana yardımlar edir. Azərbaycanın bir dövlətlə əlaqələr yaratmasının üçüncü bir dövlətə, xüsusilə İrana heç bir dəxli yoxdur. Azərbaycan öz siyasətini müstəqil şəkildə yürüdür. Buna heç kim qarışa bilməz”.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Ölülərə hər gecə 50 manatlıq “ziyafət”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: