Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
nefft

Neftlə bağlı bədbin proqnoz – Ən yaxşı halda 55 dollar olacaq

“Bu il neftin qiymətinin 60 dolları keçməsi gözlənilmir”.

Bunu iqtisadçı ekspert Samir Əliyev deyib. Onun sözlərinə görə, ən yuxarı hədd 55 dollar ola bilər:
“Bunun səbəbi OPEK-in noyabrda gözlənilən toplantısında asılıdır. Həmin toplantıda OPEK-in neft hasilatını azaltması ilə bağlı qərar qəbul edəcəyi gözlənilir. Çünki dünyada neft istehsalının üçdə biri OPEK-in payına düşür. Amma son dövrlər OPEK-in neft bazarında söz sahibi olması getdikcə azalır. Bu faktiki olaraq Amerikanın əsas neft ixracatçılarının birinə çevrilməsi ilə bağlıdır. Demək olar ki, Amerika dünyada ən çox neft hasil edən ölkələrdəndir. Əgər OPEK hasilatı azaldarsa, Amerika onun yerini doldurmağa hazır olduğunu belə qeyd edib. Bu gün neft ixrac edən ölkələr onun qiymətindən narazıdır. Onların heç biri öz hasilatını azaltmaq niyyətində deyil.
Əgər azaltmaq qərarına gəlsələr belə, bu o demək deyil ki, neft hasilatı azalacaq. Çünki İran aktiv şəkildə neft hasilatını artırır. Əsas oyunçu sayılan Səudiyyə Ərəbistanı isə hasilatı azaltmaqda maraqlı deyil. Çünki neftin ucuzlaşması onların gəlirlərini onsuz da azaldıb. Hasilatın azaldılması onların gəlirlərinə daha da təsir edə bilər. Bu baxımdan düşünmürəm ki, neftin hasilatın azalması ilə bağlı qərar qəbul olunsa belə neftin kəskin bahalaşsın. Çünki bu Amerika “slans” neftindən artıq dünya bazarındakı qiymətləri diktə etmək səviyyəsinə gəlib çatıb.
“Slnas klapanı” deyilən anlayışa görə, neftin qiyməti 50 dolları keçdiyi zaman avtomatik olaraq Amerika da neft çıxaran buruqlar işə düşür. Bu zaman neft yenidən 50 dollardan aşağı düşür. Dolların qiyməti düşdüyü zaman isə həmin buruqlar dayanır. Yəni, bu klapan neftin qalxmasına imkan vermir. Bütün proqnozlar da onu göstərir ki, yaxın zamanda neftin qiymətinin kəskin bahalaşması gözlənilmir. Bu il neftin qiymətinin 60 dolları keçməsi mümkün deyil. Yəqin ki, bu ilin sonuna kimi ən yuxarı hədd 55 dollar olacaq. Hətta 50 dollardan belə aşağı düşməsi mümkünüdür. Belə ki, bu ilin sonuna kimi bu qiymət 45-50 dollar arası dəyişəcək”.
S.Əliyev qeyd edib ki, gələn ilin təxminən ikinci yarısından etibarən neftin qiymətinin artması gözlənilə bilər: “Amma hər bir halda deyilən nəticə bu gün verilən proqnozdur. Bir necə aydan bu proqnoz dəyişə də bilər. Necə ki, aparıcı maliyyə qurumları, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və neft şirkətləri öz proqnozlarını dəfələrlə dəyişmək məcburiyyətində olurlar”.(Bakıpost.az)

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Dünya bazarında neft qıtlığı yaranacaq

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: