Loading...
Loading...

Neftin qiyməti 47 dolları keçdi

Çərşənbə günü neftin dünya qiymətləri artmaqda davam edir.

Virtualaz.org xəbər verir ki, bu gün saat 22:23-ə olan vəziyyətə görə, “Brent” markalı neftin qiyməti 11 noyabr 2015-ci il tarixindən bu yana ilk dəfə olaraq 47 dollara çatıb.

Belə ki, Şimal dənizi neftinin bir barelinin iyul fyuçersləri 3,18% bahalaşaraq 47,03 dollar olub.

Elektron hərraclar zamanı WTI markalı neftin iyun fyuçersləri 3,20% artaraq bir barelə görə 45,45 dollar təşkil edib.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Mərkəzi Bank yenə dollar aldı

%d bloqqer bunu bəyənir: