Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Neftin qiyməti 40 dollara düşəcək” – Proqnoz

Beynəlxalq ekspertlər neftin qiymətinin getdikcə 40 dollara qədər düşəcəyini proqnozlaşdırırlar.

24saat.org   “Report”a istinadən xəbər verir ki,  neft qiymətlərinin yanvar-iyun aylarında 2 dəfəyə yaxın artmasına səbəb əsasən ABŞ-da hasilatın azalması, Nigeriya və Kanadanın neft hasilatında problemlərin aradan qaldırılması və neftə tələbin artması ilə izah olunub. Hazırda isə yenidən haislatın yüksəlməsi və tələbin azalması “BNP Paribas SA”dan “JBC Energy Gmbh”a qədər bir çox institutsional investorun neftin qiymətinin azalacağını proqnozlaşdırmaqlarına səbəb olub. Bir qədər əvvəl neft bazarında pis günlərin geridə qaldığını söyləyən neft bazarının iştirakşıları indi Beynəlxalq Enerji Agentliyi (İEA) da daxil olmaqla neftin qiyməti ilə bağlı perspektivlərin mənfi olduğunu bildiriblər.

“Bloomberght”in məlumatına görə, Nyu-Yorkda “Societe Generale SA” neft bazarı araşdırma departamentinin müdiri Mayk Vitner (Mike Wittner) bildirib ki, hazırda neftin qiyməti sabit qalır. Buna səbəb neft bazarında təklifin tələbi üstələməsi dövründən tarazlıq dövrünə keçid göstərilir. Amma, hər an təklifin artması və tələbin azalması bazarda hər şeyi dəyişdirə bilər.

Londonda “BNP Paribas SA” xammal araşdırma departamentinin müdiri Harri Çilinguirianın (Harry Tchilinguirian) fikrincə, gözlənilmədən ilin II rübündə neft bazarında təklifin həcmi pozuldu və bazar sabitləşdi. Bu tarazlığı pozacaq səbəb yenə də təklifin artması olacaq.

O, həmçinin “WTI markalı ABŞ neftinin barelinin 40 dollardan aşağı düşəcəyini ehtimal edib.

“Report” analitik qrupu neft qiymətlərinin 40-50 dollar/barel diapazonunda hərəkət edəcəyini, ilin son rübünə yaxınlaşdıqa isə 40 dollardan aşağı düşəcəyini proqnozlaşdırır.

 

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Dollar bazarında növbəti zəlzələ

%d bloqqer bunu bəyənir: