Advertisements
24 saat

Neftin qiyməti sürətlə bahalaşır


Dünya bazarlarında “qara qızıl”ın qiyməti bahalaşmaqda davam edir.

Oxu.az hərracların son nəticələrinə istinadən xəbər verir ki, ICE London birjasında Brent markalı neftin bir barelinin qiyməti 4,18% bahalaşaraq 54,1 dollara satılıb.

Sonuncu dəfə Şimal dənizi neft qatışığının qiyməti 2015-ci ilin oktyabr ayında 54 dollarlıq həddi keçmişdi.

Qeyd edək ki, OPEK-in bu gün Vyanada keçirilən sammitində təşkilata daxil olan ölkələrin ümumi neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması barədə qərar qəbul edilib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: