Now Reading:
Neftin qiyməti sürətlə bahalaşır
Full Article 30 second read

Neftin qiyməti sürətlə bahalaşır



Dünya bazarlarında neftin qiyməti sürətlə bahalaşmaqda davam edir.

24saat.org oxu.az-a istinadən bildirir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,77% bahalaşaraq bir barelə görə 47,66 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində isə WTI neftinin qiyməti 1 barelə görə 2,36% artaraq 45,41 dollara satılıb.

Qeyd edək ki, sentyabrın 28-də Əlcəzairdə OPEK ölkələrinin qeyri-formal görüşü keçiriləcək. Gözlənilir ki, iclasda neft istehsalının dondurulması məsələsi yenidən gündəmə gətiriləcək.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: