Advertisements
24 saat

Neftin qiyməti son yeddi ayda ən yüksək həddə çatıb


Dünya bazarlarında neftin qiyməti Nigeriyada hasilatın azalması fonunda bahalaşmaqda davam edir.

Bu barədə Oxu.az hərracların son nəticələrinə istinadən xəbər verir.

ICE London qitələrarası birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti 1,89% artaraq bir barelə görə 50,58 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 2,16% bahalaşaraq bir barelə görə 49,69 dollar olub.

Nigeriyada neftin hasilatı “Niger deltasının qısasçıları” radikal qruplaşmanın hücumlarına görə azalıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: