Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Neftdən gəlirimiz 3 dəfə azalıb

2016-cı ilin 7 ayı ərzində Azərbaycandan 3 milyard 555 milyon 732.40 min dollarlıq xam neft ixrac olunub.

Bu, ötən ilin ilin dövrü ilə müqayisədə 32,5%, 2014-cü ilin anoloji dövrü ilə müqayisədə isə təxminən 3 dəfə azdır.

2015-ci ilin 7 ayı ərzində Azərbaycandan 5 milyard 863 milyon 948.03 min dollarlıq, 2014-cü ilin 7 ayı ərzində isə 11 milyard 342 milyon 821 min dollarlıq xam neft ixrac edilmişdi. Qeyd edək ki, 2014-cü ilin İyul ayına qədər neftin qiyməti ən yüksək səviyyələrdə idi.

2016-cı ilin  7 ayı ərzində Azərbaycandan 218  milyon 372 min dollarlıq xam neft məhsulları, 141  milyon 788.93 min dollarlıq təbii qaz ixrac edilib.

(marja)

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Dollarla krediti olanların nəzərinə: Manatla ödəyin

%d bloqqer bunu bəyənir: