Loading...
Loading...
dollar-hesablar-dondu-300x220

Neftdən cəmi gəlirimiz 121 milyard dolları keçdi

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇQ) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından 2016-cı ilin noyabrın 1-nə əldə edilən gəlirlərini açıqlayıb.

ARDNF-dən verilən məlumata görə, bu ilin 10 ayında AÇQ yataqları üzrə fond 4 milyard 21 milyon ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 64 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Ümumiyyətlə, 2001-ci ildən etibarən 01.11.2016 tarixinə qədər AÇQ yataqlar bloku üzrə 121 milyard 30 milyon ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 2 milyrd 506 milyon  ABŞ dolları həcmində gəlir əldə olunub.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Mərkəzi Bank ilin sonuna qədər manatı ucuzlaşdırmağa çalışır”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: