Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Neftçi”nin yeni icraçı direktoru oğluna söyüş öyrədir + 18 VİDEO

Uğursuz nəticələrə görə “Neftçi”dən qovulan Elnur Məmmədovun xələfi rəsmən açıqlanıb. Futbol11.az xəbər verir ki, bundan sonra “xalq komandası”nda icraçı direktor vəzifəsini başqa bir Elnur yerinə yetirəcək. Ancaq onun soyadı fərqlidi. Bu, çoxlarına tanış olmayan Eyvazov Elnurdu.

Bəs, kimdi bu Elnur? Araşdırmalarımız nəticəsində məlum oldu ki, ADCO reklam şirkətinin direktoru olan cavan oğlan 2009-cu ildə Bələdiyyə seçkilərinə qatılıb, öz namizədliyini irəli sürüb. Ancaq o, bu seçkidə digər rəqiblərinə uduzub və geri çəkilib. Maraqlıdı, bələdiyyə sədri seçilməyə layiq görülməyən Eyvazovu “Neftçi”yə kim icarçı direktor seçib?
Yəqin ki, Eyvazov 5 il bundan əvvəl yatsaydı da yuxusunda “Neftçi”də mühüm vəzifələrdən birini tutacağını görməzdi. Belə ki, SOCAR-ın gənc kadrı 2011-ci ildə “SOCAR Petroleum” yancaqdoldurma məntəqələrində reklam yerləşdirməklə məşğul imiş.
Oğluna söyüş öyrədən Eyvazov "Neftçi"yə nə öyrədəcək? +18 VİDEO!
Bundan əvvəl isə o, “Mega Sığorta”da çalışıb. Belə ki, 2011-ci ildə “Eurovision” mahnı müsabiqəsinin seçmə turlarında sözügedən şirkət baş sponsor olanda, o, şirkətin sözçüsü kimi televiziyada çıxış edib.
Bundan başqa Eyvazov həm də atadır. Maraqlıdı ki, o, şəxsi “youtube” hesabında yerləşdirdiyi videoda oğluna söyüş söyməyi öyrədir. Görmüşük ki, ata öz körpəsinə Azərbaycanı sevdirər, vətəni haqda danışar, himni öyrədər, onu balacalıqdan vətənpərvər yetişdirər. Amma “Neftçi”yə icraçı direktor seçilən bu cavan oğlan… Görəsən, övladına söyüş öyrədən Eyvazov “Neftçi”yə nə öyrədəcək? Söz tapmaq çox çətindi. Videoya isə yaşı +18-dən aşağı olanlar baxmasın!

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Fikrət Fərəməzoğlu:”Mən günahsızam, heç bir cinayət əməli törətməmişəm, həbsim tamamilə sifarişlidir”

%d bloqqer bunu bəyənir: