“Neftçi”nin yeni baş məşqçisinin adı məlum oldu

Son turlarda uğursuz çıxış etdiyi üçün ciddi islahatlar aparan “Neftçi”də yeni təyinatlar rəsmən açıqlanıb.

Klubun rəsmi saytında yerləşdirilmiş məlumata əsasən, əsas komandanın baş məşqçisi vəzifəsinə Elxan Abdullayev gətirilib. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.

Klubun icraçı direktoru vəzifəsinə Elnur Eyvazov, idman direktoru vəzifəsi Orxan Hüseynzadə təyin edilib. Həmçinin “Neftçi”də inzibati işlər üzrə baş menecer vəzifəsi İslam Abbasova tapşırılıb.

Qeyd edək ki, klub strukturunun dəyişdirilməsi istiqamətində aparılan işlər davam etdiriləcək.

Şollar su kəmərinin təhlükəsizliyi şübhə altında – BAKI TƏHLÜKƏ QARŞISINDA

Sonrakı Yazı »

Kamran Ağayev “Boavişta”da 1 nömrəli forma ilə çıxış edəcək

%d bloqqer bunu bəyənir: