Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Neftçilərin yaxınları narazıdır

“Axtarış aparılmır, kompensasiyaların məbləği azdır”

Xəzərin “Günəşli” yatağındakı qəza zamanı həlak olan və itkin sayılan neftçilərin ailə üzviləri iyunun 8-də SOCAR-ın qarşısına toplaşıblar.

Neftçi yaxınları əsasən, itkin düşənlərin bəzilərinin meyitlərinin, hələ də, tapılmamasından narahatdırlar. Onlar axtarışların gərəkli səviyyədə aparılmadığını düşünürlər.

Neftçi yaxınları habelə, qəzadan zərər görənlərə əvvəlcədən söyləndiyi məbləğdə kompensasiyaların ödənilməməsindən narazılıq ediblər.

SOCAR-ın qarşısına toplaşanlar arasında mərhum neftçilər Zaur Xəlilovun, Fuad Tağıyevin. Canbaxış Əhmədovun və digərlərinin yaxınları olublar. Onlar SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşmək istəsələr də, bu baş tutmayıb.

“Biz Rövnəq Abdullayevlə görüşmək istəyirik. Ancaq buna nail ola bilmədik”, SOCAR-ın binasından çıxarkən neftçi yaxınları belə deyib.

Onlar şirkətin məsul şəxsləri kimi təqdim edilən bir neçə şəxslə görüşdüklərini bildiriblər.

Neftçi yaxınları kompensasiyaların məblğindən da narazılıqlarını gizlətməyiblər.

“Qəzada ölən, itkin düşən, ziyan görənlərə 22 və yaxud 52 min kompensasiya verilib. Ancaq rəsmi açıqlamalarda bildirirlər ki, 100-140 min manat ödənilib. Bu doğru deyil”, – neftçi yaxınları ədalətli, daha yüksək kompensasiya istədiklərini bildiriblər.

2015-ci il dekabrın 4-də «Günəşli» yatağında yanğın baş verib. Bu zamanı 64 neftçidən 34-ü xilas edilib. 7 meyit dərhal aşkar edilib. Sonra axtarış nəticəsində daha 7 meyitin tapıldığı bildirilir. 15-dən artıq neftçi, hələ də, itkin sayılır və cəsədləri tapılmayıb.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Prokurorluq işçiləri ilə bağlı vacib dəyişiklik

%d bloqqer bunu bəyənir: