Loading...
Loading...

“Neftçi”dən ayrılan futbolçu İspaniya klubunda

“Neftçi”dən ayrılan Xuan Alberto Mellinin yeni klubu müəyyənləşib.

24saat.org apasport.az-a istinadən xəbər verir ki, ispaniyalı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

Belə ki, Melli “Reus Deportiu” klubu ilə anlaşıb. O, qarşıdakı mövsümdə Sequnda təmsilçisinin uğurları üçün çalışacaq. “Reus Deportiu” 32 yaşlı futbolçunun təqdimat mərasimini bu gün keçirəcək.

İspaniya klubunun baş məşqçisi Natxo Qonzales Mellinin transferini yüksək qiymətləndirib: “Xuan topla oynamağı bacaran və mükəmməl müdafiə olunmaq qabiliyyətinə sahib futbolçudu”.

Qeyd edək ki, karyerası ərzində “Betis”, “Tenerife” və “Gent” kimi klubların da formasını geyinmiş Melli Azərbaycanda “Neftçi”dən əvvəl “Simurq”da oynayıb.

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

“Qarabağ” biletlərin qiymətini açıqladı

Loading...
%d bloqqer bunu bəyənir: