Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Neftçi”də radikal qərarlar: Məşqçi heyəti buraxıldı, mükafatlar ləğv olundu

Dünən baş tutmuş “Neftçi” – “Qəbələ” (0:8) matçından sonra “Neftçi” PFK-nın Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.

Klubun inzibati binasında təşkil olunmuş iclas səhər saatlarına qədər davam edib və toplantıda bir sıra qərarlar qəbul olunub:

1. Müzakirələr zamanı əsas komandanın yeni mövsümdəki nəticələri qənaətbəxş hesab edilməyib.

2. “Neftçi” PFK-nın yay aylarında yürüdülən transfer siyasəti qənaətbəxş hesab edilməyib. Bu transferlərin reallaşdırılmasında rolu olan şəxslər ciddi şəkildə cəzalandırılacaq və tutduğu vəzifədən kənarlaşdırılacaq.

3. “Neftçi” PFK-nın hazırki əsas heyətində ciddi islahatlar aparılacaq.

4. Əsas komandanın məşqçi heyəti və klubun inzibati heyəti dəyişdiriləcək.

5. Klub və komanda heyətinin maaşlarına yenidən baxılacaq, eyni zamanda mükafat və bonuslar ləğv ediləcək.

“Neftçi” azarkeşləri və klubu sevən hər kəsi bu çətin keçid dövründə onlara dəstək olmağa çağırıb.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

İlyumjinov Obamadan ABŞ vətəndaşlığı istədi – RƏSMİ MÜRACİƏT

%d bloqqer bunu bəyənir: