Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“”Neftçi” vəziyyətdən çıxa biləcək” – “Qəbələ”nin vitse-prezidenti

Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində “Neftçi” ilə qarşılaşan “Qəbələ” rəqibini 8:0 hesabı ilə darmadağın edib.

Qafqazinfo xəbər verir ki, matç başa çatdıqdan sonra “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovjurnalistlərin suallarını cavablandırıb.

– Oyun və hesab haqqında nə düşünürsüz?

– Bizim üçün əsas olan qələbə qazanmaq idi. Nəticəni belə gözləmirdik. Hesabın o qədər önəmi yoxdu. Əsas lazım olan 3 xalı qazandıq. İki komandadan biri qalib gəldi ki, güclü olan biz idik və biz sevindik. “Neftçi”yə gələcək matçlarda uğurlar arzulayıram.

– Bu qədər böyükhesablı qələbəni Avroliqa öncəsi rəqibə göz dağı vermək kimi dəyərləndirmək olarmı?

– Xeyr elə düşünmürəm. Əsas məqsəd 3 xaldı, yenə deyirəm. Ancaq istənilən hesabda komandanın öz oyun prinsiplərinə sadiq qalması məni sevindirir.

– Sualı tərsinə verək. Belə böyükhesablı qələbə “Anderlext”lə oyun öncəsi komandada rahatlıq, eyforiya yaratmaz ki?

– Xeyr. Tamam fərqli oyunlardı. Komanda hər matça başqa motivasiya ilə çıxır.

– Rəqibin zəifliyi göz qabağındadı, nəticəni nəzərə almasaq, “Qəbələ”nin çıxışı qane etdi sizi?

– Mən bayaq da dedim. Kimə qarşı oynamağımızdan, hesabın neçə olmasından asılı olmayaraq komandanın oyun üslubu dəyişmir. Bu da məni sevindirir.

– Tarixi, kökü olan bir komandanın bu hala düşməsi, belə uduzmasına görə onlara yazığınız gəldi?

– Xeyr. İki komandanın mübarizəsində biri uduzub. “Neftçi”yə uğurlar arzulayıram, inanıram ki, vəziyyətdən çıxa biləcəklər.

– Çingiz Abdullayev hər dəfə qeyd edir ki, “Neftçi” ardıcıl 5 dəfə ölkə kubokunun finalına çıxıb. Bunun ikisində “Qəbələ”ni yolundan kənarlaşdırıb. Bunu həmişə böyük bir uğur kimi qələmə verir…

– Çingiz Abdullayevin fikirlərinə böyük hörmətlə yanaşıram. Yəqin statistikanı, faktı deyir. Olmuş bir şeydi, normal qarşılayırıq. Burda nə var ki?

– Dünən “Qarabağ”ın, bu gün isə “Qəbələ”nin darmadağınla qalib gəlməsi sizi narahat etmir ki? Çempionatda rəqabət yox kimidir.

– Sössüz ki, çempionatda nə qədər güclü komanda olsa, rəqabət nə qədər böyük olsa, inkişaf baxımından o qədər yaxşıdır. Ancaq bu gün reallıq budur və biz bunu qəbul etməliyik.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Bakıda FİDE Baş Assambleyasının iclası keçirilir

%d bloqqer bunu bəyənir: