Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Neftçi” klubunda yeni məşqçi təyinatı

“Neftçi”nin yeni baş məşqçisi Elxan Abdullayevin daha bir köməkçisi müəyyənləşib.

24saat.org xəbər verir ki. bu haqda klubun rəsmi saytında bildirilib. Məlumata görə, fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə isə Andrey Kolesnikov təyin olunub.
Andrey Kolesnikov Ukraynanın “Metallurq” (Donetsk), “Krivbass” və “İliçevets” klubları ilə yanaşı, “Kəpəz”, “İnter” və AZAL-da da çalışıb. O, hazırda Azərbaycan milli komandasının fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini yerinə yetirir.

Qeyd edək ki, bundan əvvəl əsas komandada məşqçi vəzifəsinə İqor Getman və qapıçılar üzrə məşqçi vəzifəsinə Dmitri Kramarenko təyin edilib.

Baş məşqçinin daha bir köməkçisinin adına gələn həftə aydınlıq gələcək.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Çelsi”nin sabiq futbolçusu Azərbaycana gəlir

%d bloqqer bunu bəyənir: